Evlərin birinci mərtəbəsini su basıb, ağaclar qırılıb, körpülər dağılıb, bir neçə kəndlə əlaqə kəsilib, suyun və elektrik enerjisinin verilişi dayanıb.
Yuxarı Acarıstanda körpülər dağılıb, elektrik enerjisinin verilişində ciddi problemlər yaranıb. Yerli administrasiya nümayəndəsi bildirib ki, təbii fəlakətin vurduğu ziyan 450 milyon dollara çatır.
Quriya, Sameqrelo, İmereti regionları da təbii fəlakətin fəsadları ilə üz-üzə qalıb. (apa)
İnterpress.az