Xəbər verilir ki, bu barədə ABC məlumat yayıb.
Məlumata görə, Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Agentlik hadisə ilə bağlı araşdırma aparır.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bazada yerə enən layner əslində həmin yerdən 10 mil məsafədə (təxminən 16 kilometr) yerləşən “Rapid Siti” hava limanında yerə enməli idi.
Uğursuz eniş etmiş hava gəmisinin sərnişinlərinin sözlərinə görə, təyyarə yerə enəndən sonra onlar təxminən 2,5 saat salonda gözləməli olublar. Həmin müddətdə hərbçilər təyyarəni yoxlayıblar. (virtual.az)
İnterpress.az