“Azadlıq” radiosunun erməni xidmətinə danışan A. Karapetyan müharibənin hələ bitmədiyini deyib: “Əgər kimsə düşünürsə ki, müharibə bitib, o yanılır”.
Son zamanlar fəallaşan danışıqlar prosesinə və ərazilərin qaytarılması haqda deyilənlərə münasibət bildirən erməni general bildirib ki, Qarabağda heç kim torpaqların qaytarılmasına icazə verməyəcək.
“Bu haqda kim danışırsa, bu, onun problemidir. Mən güzəştlər haqda düşünmürəm belə və icazə verməyəcəm ki, kimsə güzəştə getsin”, – deyə o bildirib.
“Əgər hakimiyyət qərar verəcəksə, siz necə icazə verməyəcəksiniz” sualına cavabında Karapetyan ərazi məsələsində əsas hakimiyyətin o və yoldaşlarının olacağını deyib: “Ərazilərin qaytarılması məsələsi olacaqsa, Qarabağda ciddi müqavimət olacaq. Hər kəs müqavimət göstərəcək”. (publika.az)
İnterpress.az.