İntihar etmiş iş adamının obyektini azərbaycanlı milyarderlər alırbackend

İntihar etmiş iş adamının obyektini azərbaycanlı milyarderlər alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, bu sövdələşmə barədə “Vedemosti” öz mənbələrinə istinadən yazıb. Əvvəllər həmin kompleks “Olimpiysk” idman kompleksinin sahibi Dmitri Şumkova məxsus olub. Şumkov ötən il “Moskva-Siti” göydələnindəki ofisində ölü tapılıb. Onun qalstuku ilə özünü asaraq intihar etdiyi bildirilib, ancaq intiharın səbəbləri müəmmalı qalıb. Şumkov Kremlin yaxınlığında otel kompleksinin tikintisinə 300 milyon dollar yatırmışdı.

Onun ölümündən sonra tikilməkdə olan otel biznesmenin qohumlarına keçib. Bildirilir ki, hazırda Şumkovun qohumları obyekti satmaq üçün danışıqlar aparır.

Şumkovun keçmiş ortağı Musa Bajayevlə anlaşma əldə etmək mümkün olmayıb və hazırda danışıqlar azərbaycanlı milyarderlərlə aparılır. Moskva meriyasındakı mənbə danışıqların getdiyini təsdiqləyib, ancaq yekun razılaşmanın hələ əldə olunmadığını bildirib. Nisanov, İliyev və Rəhimov Moskvada çoxsaylı kommersiya daşınmaz əmlaka malikdir və “daşınmaz əmlak kralları” hesab edilirlər. (virtualaz.org)

İnterpress.az