Bakıda marketlərin birində konfetlərin içərisindən qurd çıxıb. Qurdlu məhsulları satılması ilə əlaqədar şikayət olunub.
Müraciyət edən vətandaşlardan biri bildirib ki, paytaxtın Səbayıl rayonunda yerləşən marketdən aldığı şokolodların içindən qurd çıxıb. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirildi ki, belə hallarla qarşılaşan istehlakçı dərhal 195-2 çağrı mərkəzi və ya (012) 498-15-01, (012) 498-15-04 nömrələri ilə əlaqə saxlayaraq məlumat verə bilər. Şikayət və obyekt araşdırılaraq lazımı tədbirlər görüləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qənnadi məhsulların qurdlu olmasına görə, istehsalçının yoxsa satış məntəqəsinin məsulliyyət daşıdığı araşdırılmalıdır. (ans)
İnterpress.az