Xəbər verilir ki, 14 yaşlı kişi verdiyi müsahibəsində uzunömürlülüyünü 5 qidaya borclu olması ilə izah edib. Həkimlər qocanı müayinə edib, onun bir çox 70-80 yaşlı insanlardan daha yaxşı formada qaldığını deyib.
Gəncliyində uzun və xoşbəxt həyat yaşamağa qərar verdyini deyən qoca inidiyə kimi mütəmadi olaraq idmanla məşğul olur, düzgün qidalanır.
La Pallo yarımfabrikatlar və qırmızı ət də yemir. O, daha çox sıyıq, meyvə və tərəvəzlərə üstünlük verir. Onun fikrincə, aşağıda sadaladığmız 5 məhsul insanın ömrünü uzadır.
Bal
Bu qoca iddia edir ki, şəkərdən imtina edən insan daha çox yaşayır. Şəkərin ən yaxşı əvəzləyicisi isə baldır.
Sarımsaq
Sarımsaq xörəklərə xüsusi dad verməkdən əlavə, həm də antibakterial və antiseptik xüsusiyyətlərə malikdir. Həmçinin onun tərkibində immuniteti gücləndirən çoxlu vitaminlər var.
Şokolad
İndi çoxları şokoladdan imtina etməyə çalışırlar. Amma Bernardo bildirir ki, ondan itima etmək böyük səhvdir. Az miqdarda şokolad əhval-ruhiyyəni qaldırır və ürək-damar sisteminin işini normallaşdırır. Yalnız bu məhsulun tərkibinin böyük faiz kakao olmalıdır.
Darçın
Darçın yeməklərin dadını yaxşılaşdırmaqla qalmır, həm \”pis\” xolesterinin səviyyəsini azaldır, həm də diabetin inkişafının qarşısını almağa qadirdir.
Zeytun yağı
Qədim Romada bu məhsul gənclik və xoşbəxtlik iksiri sayılırdı. İndi bu məhsul əlçatmaz deyil, istənilən mağazadan zeytun yağı almaq olar. O, orqanizm üçün çox faydalıdır.
Həmçinin tərkibindəki antioksidantlar və E vitamininin zənginliyinə görə cavanlaşdıran xüsusiyyətlərə malikdir. Əgər siz də sağlam, xoşbəxt və uzunömürlü yaşamaq istəyirsinizsə, onda Bernardo La Pallonun məsləhətləribə əməl etməyə dəyər.(milli.az)
İnterpress.az