Sarkisyan Ermənistandakı sonuncu müxalif saytı da bağlatdırırbackend

Sarkisyan Ermənistandakı sonuncu müxalif saytı da bağlatdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirilir ki, bu barədə 1in.am saytında bu gün yerləşdirilən bəyanatda deyilir.

“1in.am 2010-cu ildən Ermənistanda və onun hüdudlarından kənarda birinci və qərəzsiz KİV olmağa çalışıb. Bu illər ərzində biz Ermənistanın internet məkanında ən aprıcı KİV-lərdən biri olmağı bacardıq.

Biz “Jamanak” qəzetindəki və 1in.am saytındakı uğurlara əvvəlki və indiki əməkdaşlarımız sayəsində nail olduq və bu gün buna görə onlara öz təşəkkürlərimizi çatdırırıq.

Əlbəttə, biz bu nəticəni ənənəvi oxucularımız, televiziya və sosial şəbəkələrdəki yüz minlərlə tamaşaçımız və izləyicimiz olmadan heç arzu da edə bilməzdik.

Ancaq indi elə bir an gəlib ki, artıq irəliyə getmək üçün lazım oln motivasiya, güc, və enerji yoxdur. Biz onları tapmaq və yenidən təşkilatlanmaq imkanı əldə edənə qədər fəaliyyətimizi dayandırırıq”, – deyə portal rəhbərliyinin bəyanatında deyilir. (virtualaz.org)

İnterpress.az