Bakıda 100 minlik gəlinliyi məhv etdirən qadın buraxıldıbackend

Bakıda 100 minlik gəlinliyi məhv etdirən qadın buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 26-da Azərbaycan prospektindəki gəlinlik salonunda 40-a yaxın gəlin paltarını sifarişlə məhv etdirən Leyla Ağayeva məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsi Leyla Ağayevanın ilk dəfə tutulmasını və digər məqamları əsas gətirərək ona güzəşt edib və istintaq nəzarəti altında sərbəst buraxılmasına qərar verib.
Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186-cı (özgənin əmlakını məhv etmə və ya zədələmə) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.

Bildirilir ki, hadisə qisas zəminində törədilib. Şəhərin mərkəzindəki mağazanın sahibi olan qadınla şəxsi münaqişəsi olan və onunla prinsip aparan Leyla Ağayeva tanışı Xaliq Həşimzadəyə gəlinlikləri məhv etməyi tapşırıb. İyunun 26-da Bakı şəhər sakini Sevinc Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş Xaliq Həşimzadə həmin vaxt ərazidəki təhlükəsizlik və müşahidə kameraları tərəfindən qeydə alınıb və bir neçə gün sonra o yaxalanıb. Xaliq Həşimzadə polisə bildirib ki, cinayəti ona tanışı, Bakı şəhər sakini Leyla Ağayeva sifariş verib.
Qeyd edək ki, zərərçəkən ona 100 min manata yaxın ziyan dəydiyini bildirmişdi.(ans)

İnterpress.az