Xəmir üçün:
2 st. un
300 ml ilıq su
Duz
İçlik üçün:
250 qr albalı
150 qr kəsmik
1 ədəd yumurta sarısı
3 x.q. şəkər tozu
Üstü üçün:
Xama
Hazırlanması:
Unun üzərinə duz, az-az su əlavə edilib çəngəllə qarışdırılır.
Daha sonra əllə yumşaq xəmir yoğrulur.
Üstü bağlanıb 40 dəq. saxlanır.
İçliyin hazırlanması:
Kəsmik, yumurta sarısı, şəkər və tumu çıxarılmış albalı qarışdırılır.
Xəmir imcə yayılır, stəkanla dairəvi formalar kəsilir, üzərinə 1 x.q. içlik qoyulub şəkərbura şəklində bükülür.
Vareniklər duzlu qaynar suda bişirilib nimçəyə yığılır.
Üzərinə xama qoyulub servis edilir.
İnterpress.az