Mehriban Xanlarovanı şantaj edən şəxsin kimliyi bilindibackend

Mehriban Xanlarovanı şantaj edən şəxsin kimliyi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayılan məlumatda həmin şəxsin Mehriban Xanlarovadan 500 manat tələb edilməsi bildirilirdi.
Əməkdar artist Mehriban Xanlarovanı şantaj edən şəxs Azər Xudiyevdir.
O, Dünya tv də Mehriban Xanlarova ilə birgə \”Sirriniz qalmasın” adlı veriliş aparır.

Məlumata görə, bir yerdə veriliş aparan Mehriban Xanlarova ilə Azər Xudiyevin münasibətləri son vaxtlar kəskin pisləşib. Nəticədə, bir-birlərini şantaj həddinə qədər gətirib çıxarıb. Onların pul məsələlərində razılığa gələ bilməməsi bildirilir. Dünya tv-dən əldə etdiyimiz məlumata görə, hətta Azər Xudiyev telekanaldan uzaqlaşdırılıb. Nəticədə, Mehriban Xanlarova bu həftə verilişi tək aparıb.

Mehriban Xanlarova məlumatı təkzib etsə də, qismən razılaşıb.
Qeyd edək ki, Azər Xudiyev müğənnidir və şou-biznes nümayəndələri arasında \”Azər Meqastar” adı ilə tanınır. (tezis.az)

İnterpress.az