Rusiyanın xalq artisti Filipp Kirkorov Bakıdadır. Məlumata görə, müğənni azərbaycanlı həmkarı Emin Ağalarovun təşkil etdiyi \’Jara\’ adlı festival çərçivəsində paytaxtımızın qonağıdır.
Əvvəlcə jurnalistlərlə görüşən musiqiçi Bakını sevdiyini və təxminən 20 il əvvəl burada olduğunu söyləyib.
Ötən gün axşam səhnəyə çıxan musiqiçi tamaşaçıları Azərbaycan dilində salamlayıb. Bu da tamaşaçıların gur alqışlarına səbəb olub.
Sonra isə müğənni səhnədə hit mahnıları səsləndirib.
Bir müddət əvvəl Avroviziya müsabiqəsi ərəfəsində müsahibə verən Kirkorov Azərbaycanı sevdiyini, Azərbaycana gəlmək istədiyini lakin ona bu işdə mane olanların olduğunu dilə gətirmişdi.
Rusiyanın tanınmış müğənnisi, Xalq artisti Filipp Kirkorovun Heydər Əliyev sarayında ilk dəfə 2012-ci ildə solo konsert proqramı ilə çıxışı nəzərdə tutulsa da bu baş tutmayıb.
Daha sonra konsertin həmin ilin 8 noyabrında \”Baku Crystal Hall\” zalında keçirilməsi planlaşdırılsa da tədbir yenidən təxirə salınıb. (ans)
İnterpress.az