Öldürülən ABŞ jurnalistinin ailəsi Suriyanı məhkəməyə veribbackend

Öldürülən ABŞ jurnalistinin ailəsi Suriyanı məhkəməyə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İddiada deyilir ki, Kolvin və fransız fotoqraf Remi Oçlik Suriyanın Bəşar Əl-Əsəd hökuməti 2012-ci il fevralın 12-də üsyançıların nəzarətində olan Homsun Bab Əmr qəsəbəsindəki media mərkəzinə bilərəkdən raket atması nəticəsində öldürülüb. Hücum zamanı başqa jurnalistlər isə yaralanıblar.

Nyu-Yorkda qərargahlanan Jurnalistləri Müdafiə Komitəsi 2012-ci ildə bildirib ki, hökuməti Kolvin və Oçliki hazırladıqları reportajın qarşısını almaq üçün öldürülüb.

Suriya İnformasiya Naziriyi isə həmin zaman hökumətin Kolvin və Oçlikin ölkədə olduğunu bilmədiyini açıqlayıb.

Mülki şikayət dünən Vaşinqton məhkəməsinə Kolvinin bacası Katlin Kolvin və digər ailə üzvləri adından Ədalət və Məsuliyyət Mərkəzi tərəfindən daxil olub.

İddia ələ keçirilən hökumət sənədlərinə və ordudan qaçan suriyalı əsgərlərin məlumatlarına əsaslanır. Sənəddə Əsədin qardaşı Maher də daxil olmaqla bir neçə Suriya rəsmisinin adı keçir.(amerikanınsesi.org)