Hadisə ötən gecə rayonun Nərimanabad qəsəbəsi ərazisində qeydə alınıb.
Ağstafa rayonunun Saloğlu qəsəbə sakini olan və hazırda Nərimanabad qəsəbəsində yaşayan 34 yaşlı Nurlan Akif oğlu Sultanov şəxsi münaqişə zəminində birlikdə yeyib-içdiyi Faiq adlı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb, yaraları tikilib, hazırda vəziyyətinin stabil olduğu bildirilir. (apa)
İnterpress.az