Bakıda modalar evindəki gəlinliklərin məhv edilməsini sifariş verməkdə şübhəli bilinən iş adamı Leyla Ağayevanın anası Nailə Mahmudova bəzi qaranlıq məqamlara aydınlıq gətirib. N.Mahmudova bildirdi ki, qızı L.Ağayevanın bu məsələdə günahkar olub-olmamasını məhkəmə müəyyən edəcək.
Onun sözlərinə görə, zərərçəkmiş Sevinc Qurbanova bütün mediyaya 100 min manat məbləğində ziyana düşdüyünü deyib : \’\’Əvvəlcə yüz əlli min, sonra yüz iyirmi, son məlumatda isə yüz min manat ziyan vuruldu deyilir. Hansı ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzinin 08 iyul 2016-cı il tarixli Məhkəmə Ekspertiziyasının 14580/81 saylı rəyinə görə gəlinliklərin üzərindəki ləkələr kimyəvi təmizləmə yolu ilə asanlıqla təmizlənir və 33 ədəd paltarın hər birinə 50 manat kimyəvi təmizlənmə pulu hesablanaraq ümumi zərər cəmi 1650 manat təşkil edir.
Ekspertiza zamanı boya ləkələrin kimyəvi tərkibi tam yoxlanılıb və asanlıqla təmizlənir. Yəni zərər yüz əlli min yox, min altı yüz əlli manatdır. Hətta ləkələrin təmizlənməsi mümükün olmasaydı belə zərərin qiyməti 150 min manat ola bilməzdi. Mediada göstərilən şəkillərdə cəmi 20-22 paltar ləkələdiyi görsənsə də, Sevinc xanım 33 paltarın ləkələndiyini bəyan edib. Onların qiyməti bu qədər edirsə onda belə çıxır ki, ümumi mağazada olan malların qiyməti bir milyondan artıqdır? Aydındır ki paltarların ümumi dəyəri qat-qat aşağıdır. Bunu müəyyən etmək çox asandır\’\’.
N.Mahmudova qeyd edir ki, S.Qurbanova paltarların qiyməti ilə bağlı xaricdən alınma qəbzlərinə istinad edir. Lakin 150 min manat pul vəsaitinin məhz bu gəlinlik palatarının alınması məqsədilə hər hansı bankdan xaricə köçürüldüyünü və ya hava limanında xaricə keçirilməsinin rəsmiləşdirilməsi haqda hər- hansı sənəd varmı?
\’\’Məhz qiyməti 150 min olan bu gəlinlik paltarının Azərbaycan Respublikasına gətirilməsini təsdiqləyən Gömrük sənədləri varmı? Bu əməliyyat üzrə ölkə qanunları ilə müəyyən edilən vergilərin ödənilməsini təsdiqləyən sənəd varmı? Həmin xanımın bu məqsədlə əmlaka sahib olması haqda verglər nazirliyinə verilmiş hesabat və qanuna əsasən ödənilməli olan vergiləri təsdiqləyən sənədlər varmı? Bəlkə də Sevinc xanımın paltarları belə yüksək qiymətləndirməsi təsadüfi deyil. Ola bilsin iqtisadiyyatda hamıya məlum olan vəziyyət onu bu addımı atmağa vadar edib. Həm də eşitdiyimizə görə onun qardaşı Əmənov Royal Eynulla oğlu özgəsinin əmlakını əldə etmək məqsədilə qrup şəklində soyğunçuluq-quldurluq etdiyinə görə həbs edilib. Ola bilər ki, bu məsələnin belə şəkildə şişirdilməsində Sevinc xanıma Leyla Ağayevanın biznes ortağı Zeynalov Bilal Piri oğlu dəstək verir. Ola bilər ki, əvvəllər onların arasında olmuş uzun müddətli məhkəmə çəkişməsi buna səbəbdir. Zeynalov Bilal Azərbaycan Respublikası Prezident Aparatında işləyən Zeynalova Afaqın atasıdır\’\’-deyə N.Mahmudova vurğulayıb. (criminal.az)
İnterpress.az