Ərəb şahzadəsi Türkiyə sahillərində lüks yaxtada, manikenlərlə əylənib. Məlumata görə, şahzadənin yaxtası Bodrum sahillərində görünüb.
Lüks “Solandge” yaxtası ingilis bayrağı altında üzüb. Türkiyə mətbuatının məlumatına görə, yaxtada Səudiyyə Ərəbistanı şahzadəsi Navaf Əl Saud və iki oğlu olub. Şahzadəyə tətildə yoldaşlıq edənlərdən biri də Səudiyyə Ərabistanının müdafiə naziri şahzadə Məhəmməd Bin Salman olub.
Ərəb milyarderlərlə yanaşı 10-a yaxın manikendə olub. Onlar gün ərzində su idmanları ilə məşğul olub, çalıb oxuyublar.
Təhülkəsizlik tədbirlərinin yüksək səviyyədə görüldüyü, özəl mühafizə xidməti ilə Türkiyə polisinin də qoruduğu yaxtaya heç kim yaxın buraxılmayıb.
Şahzadələr axşam yeməyini Yalıkavak məhəlləsində lüks restoranlardan birində ediblər. Ərəb milyarderlər Bodrumdan sonra Yunanıstana yola düşüblər.(ans)
İnterpress.az