Belə ki, ötən gün Lerik RİH-nin başçısı Rövşən Bağırov yenidən gündəmə gəlməklə rayonda gülünc vəziyyətinə düşüb.
Orucluq bayramı ilə əlaqədar icra başçısı rayon mərkəzində fəaliyət göstərən “Ruslan” şadlıq sarayında iftar süfrəsi təşkil etdiyi və bu barədə bütün oruc tutanları iftara dəvət edib. Şadlıq sarayin rəhbərliyi icra başçısının göztərişlərini yüksək səviyyədə təşkil etsədə, sonda böyük biabırçılıq qeydə alınıb.
Saytımıza məlumat verən rayon sakini vurğulayır ki, rayonda at oynadan Rövşən Bağırov verdiyi vədəni tapdalayıb. İddialara inansaq şadlıq sarayının rəhbərliyi və icra başçısı arasında razılaşmaya əsasən, iftar xərclərini şadlıq sarayının rəhbərlyi çəkməli, İftar süfrəsindən sonra Rəşən Bağırov xərcləri tam ödəməli idi.(dosye)Lakin “Burda mənəm, Bağdadda kor xəlifə” pirinsipi R. Bağırovu o qədər şişirdib ki, başçı bir qəpik belə ödəməyib. “Ruslan” şadlıq sarayının rəhbərliyi pulu tələb etdikdə icra başçısının təpkiyi ilə üzləşib. Mənbəmizin məlumatına görə şadlıq sarayı Rövşən Bağırov tərəfindən qapadılıb. Hətda vəziyyət o həddə çatıb ki, şadlıq sarayının rəhbərliyi həbslə hədələnib.
Bir daha nəzərinizə çatdıraq ki, Lerik RİH-nin başçısı Rövşən Bağırov vəzifə səlahiyyətlərindən sui istifadə edərək sahibkarlara divan tutur. Məlumatda aydın görünür ki, icra başçısı şadlıq sarayının rəhbərliyini lazımı qaydada “yükləyib”. İnanırıq ki, rayonlarda icra başçıları tərəfindən baş verən xoşagəlməz hadisələr və bu kimi neqativ hallar barədə bir başa ölkə başçısı İlham Əliyevə məlumat veriləcək. Ən azından prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, icra başçılarını təyin etdikdə onlara xalqa xidmət etməyi tövsiyə edirəm. Əfsüslər olsun ki, etimadı doğrultmayan məmurlar çirkin əməllərini bu gündə sərbəst həyata keçirir.(rublika.az)
İnterpress.az