İrana qızıl külçələr aparmaq cəhdibackend

İrana qızıl külçələr aparmaq cəhdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycandan İrana piyada gedən Azərbaycan vətəndaşı saxlanılıb və qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun üzərindən, xüsusi olaraq hazırlanmış müxtəlif ölçülü ciblərdən ibarət parça kəmərin ciblərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd dördbucaqlı formalı, 585 əyarlı, ümumi çəkisi 6 kiloqram 331,20 qram olan qızıl külçə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. (trend)

İrana qızıl külçələr aparmaq cəhdi

İnterpress.az