Milli qəhrəmanımız şəhid Həsən Həsənov 1978-ci aprel ayının 12-də Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub.
İyulun 11-də Kəlbəcərdə girov düşərək öldürülüb.
Qeyd edək ki, 1993-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilən bu kənd Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı azad olunub və hazırda rayonun təmas xəttində yerləşən, ordumuzun tabeçiliyində olan yeganə yaşayış məntəqəsidir.
Xatırladaq ki, 2014-ci ilin avqustun 11-də Kəlbəcərdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə öz doğmalarının məzarını ziyarət edərkən əsir götürülüb. Şahbaz Quliyev və Dilqəm Əsgərov isə hələ də erməni əsirliyindədir.
İnterpress.az-ın təqdim etdiyi bu videonu isə Həsən Həsənov Kəlbəcərdən əvvəl, doğulub boya-başa çatdığı Cəbrayıl rayonuna getdiyi zman lentə alıb. Videogörüntü isə onun ölümündən sonra yayılıb. O, işğal olunmuş Cəbrayılın doğma Mehdili kəndi ilə qonşuluqda yerləşən Cocuq Mərcanlı kəndinə səfər edərək orada video-çəkiliş həyata keçirib.
Ruhun şad olsun!
https://youtube.com/watch?v=7FhgZaeKLDA