Qazax rayonunun yeni təyin olunmuş İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov vətəndaşlar üçün qəbul günləri keçirir.
Rəcəb Babaşovun qəbuluna gələn 50-dən çox vətəndaş səhər saatlarından Rayon İcra Hakimiyyətinin binası qarşısında gözləsə də, siyahıya alınmayıb və günün sonuna qədər icra başçısı tərəfindən qəbul edilməyiblər.
Bundan qəzəblənən vətəndaşlarla icra nümayəndələri arasında mübahisə yaranıb. Vətəndaşlar icra başçısından onları qəbul etməsini tələb ediblər.
Əksəriyyəti yaşlı olan şikayətçilər isə artıq neçənci dəfədir ki, səhər saat 7-dən axşam saatlarına kimi burada gözlədiklərini, lakin qəbul edilmədiklərini deyiblər.
Qəbula gələn II qrup əlil Tural Mürşüdov vətən uğrunda itirdiyi sağlamlığının müqabilində dövlətdən ona düşəcək olan torpaq sahəsinin verilmədiyini deyir. Onun sözlərinə görə, neçə dəfə icra başısının və müavinlərinin qəbulunda olsa da, heç bir köməklik edilməyib.
«Bəlkə qəbul edərlər” – deyib, efirə danışmaq istəməyən şikayətçilər isə növbəti qəbul günlərinə ümid edirlər. Ancaq onu da deyirlər ki, icra nümayəndələri onlara \”başçı 10 dəqiqə sonra qəbul edəcək, 15 dəqiqə sonra qəbul edəcək” deyib günlərlə aldadırlar.
Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna yazılmaq üçün yeni elektron xidmət istifadəyə verilib. Söhbət “Elektron Hökumət” portalının təqdim etdiyi “Vətəndaşların elektron qəbula yazılması” xidmətindən gedir. Bu xidmətin sayəsində qəbula yazılmaq və prosesi onlayn izləmək mümkündür.(meydan.tv)
İnterpress.az