Albalı souslu küftəbackend

Albalı souslu küftə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
750 qr quzu əti
1 ç.q. darçın
½ dəstə cəfəri
1 ədəd baş soğan
Zeytun yağı
600 qr tumsuz albalı
1 ədəd limon
1-2 ç.q. şəkər tozu
1-2 x.q. fıstıq
Duz, qara və qırmızı istiot

Hazırlanması:
Ət blenderdən keçirilir, üzərinə duz, qara və qırmızı istiot, darçın, xırda doğranmış cəfəri əlavə edilir.
Qarışıq təkrar blenderdən keçirilir, üzərinə xırdalanmış fıstıq qatılıb qarışdırılır.
Qiymədən küftələr tutulub yağda qızardılır.
Soğan xırda doğranır, yağda qızardılır, üzərinə albalı dənələri, şəkər, limon suyu və bir qədər su tökülüb 10 dəq. bişirilir.
Küftələr nimçəyə düzülür, üzərinə bolluca sous tökülüb servis edilir.

İnterpress.az