Bura tank əleyhinə qumbaraatanlar, müxtəlif çaplı minaatanlar, müxtəlif çaplı mərmilər, o cümlədən düşmən mövqelərinin yerini müyyənləşdirən pilotsuz uçan aparatlar daxildir”.
Bunu Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr edilən iclasında çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazir çıxışında Müdafiə Sənayesi Nazirliyinin bir sıra yeni hərbi texnika və silahların istehsalına hazırlaşdığını da bildirib: “Bura ilk milli zirehli döyüş texnikası da daxildir. Azərbaycan müdafiə sənayesinin istehsalı olan ilk milli zirehli döyüş texnikası bu ilin payızında Bakıda keçiriləcək sərgidə nümayiş etdiriləcək. Aprel döyüşlərindən sonra prezident “Zərbə” pilotsuz döyüş sistemlərinin istehsalının təşkil edilməsinə dair göstəriş verib”.
“Cənab prezident, sizin bu göstərişiniz artıq yerinə yetirilib və “Zərbə” pilotsuz döyüş sistemləri artıq hazırdır, sınaqlardan keçir, yaxın vaxtlarda ordunun sərəncamına veriləcək”-, deyə nazir qeyd edib.
Yavər Camalov əlavə edib ki, Azərbaycanın istehsalı olan “Zərbə” pilotsuz döyüş sistemləri düşmən hədəflərini havadan izləməklə yanaşı istənilən vaxt ona dağıdıcı zərbə endirə biləcək və ermənilərin qorxulu röyasına çevriləcək.
Qeyd edək ki, Azərbaycan aprel döyüşlərində İsraildən alınan “Harop” pilotsuz döyüş sistemlərini tətbiq edib və bu silahın tətbiqi erməni ordusunda ciddi panika yaradıb.
İnterpress.az