Bir dilim yetməz – albalılı tartbackend

Bir dilim yetməz – albalılı tart

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
250 qr un
125 qr kərə yağı
50 qr şəkər tozu
10 qr vanil
1 ədəd yumurta sarısı

İçlik üçün:
400 qr albalı
½ st. şəkər tozu
1 st. su

Üzəri üçün:
1 ədəd yumurta sarısı

Hazırlanması:
Unu geniş bir qaba ələyin.
Soyuq kərə yağını xırdalayıb una yedirin.
Şəkər, yumurta sarısı və vanili əlavə edib incə şəkildə xəmir yoğurun.
Üstünü streclə bağlayıb 30 dəq. soyuducuya yerləşdirin.
Tumu cıxarılmış albalını şəkər və su ilə tavada isidin.
Şəkər karamelləşməmiş ocaqdan götürün.
Xəmiri formaya yayın (xəmirdən bir parça götürün).
Xəmirin ortasını çəngəllə deştəkləyib 10 dəq. 180 dərəcəlik sobada bişirilin.
Sobadan çıxarıb üzərinə albalı sousu tökün, qalan xəmirdən üzərinə bəzəklər hazırlayın, yumurta sarısı çəkib təkrar sobaya yerləşdirin.
Qızarana kimi bişirin, soyudub üzərinə şəkər kirşanı səpin və ya bir top dondurma qoyub servis edin.

İnterpress.az