Şakro Molodoy Mockvada həbs edildibackend

Şakro Molodoy Mockvada həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”İnterfaks\” bildirir ki, \”Şakro Molodoy\” ləqəbli Zaxari Kalaşov \”Elements\” restoranın sahibəsi Janna Kimin şikayəti əsasında həbs edilib.

Məlumata görə, həbsi Federal Təhlükəsizlik Xidməti həyata keçirib. Hazırda \”mafiya bosu\”nun dindirilməsi prosesi davam edir.

Zaxari Kalaşovun özünün rezidensiyasına çevirdiyi \”Golden Palace\” ticarət və əyləncə kompleksində həbs edildiyi deyilir.

Virtualaz.org xatırladır ki, Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürdüdür. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.

1971-1985-ci illərdə bir neçə dəfə həbsxana həyatı yaşayan avtoritet 1989-cu ildə Moskvaya üz tutur. Burada da tezliklə ulduzu parlayan Z.Kalaşov digər gürcü “qanuni oğru” Tariel Onianinin (“Taro”) köməyi ilə əlaqələrini və nüfuz dairəsini genişləndirir.

Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarında onun adı “kriminal aləmin generalı” kimi keçir. Onun müxtəlif dövrlərdə “Solntsev”, “İzmaylovski” və “Bratski” kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir.

O, əsasən qeyri-leqal kazino, narkotik və silah alveri ilə məşğul olur. Rusiyada üç dəfə mühakimə olunandan sonra 2003-cü ildə Z.Kalaşov Tariel Onianinin köməyi ilə İspaniyaya köçür.

İspaniya polisinin məlumatına görə, Z.Kalaşov burada “On birlərin klanı” adlı gürcü-rus mafiyasına rəhbərlik edib. O, Rusiyanın və MDB-nin kriminal dairələri ilə ciddi əlaqələr qurub.

2005-ci ildə İspaniya polisi Rusiya mafiyasına qarşı geniş əməliyyat keçirir və bir neçə “qanuni oğru” həbsə alınır. “Şakro Molodoy” gizlənə bilsə də 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək İspaniya hökumətinə təhvil verilir.

İspaniyada çirkli pulların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşovun mühakiməsi uzun müddət davam edir. Uzun araşdırmalardan sonra – 2010-cu ilin iyununda Madrid məhkəməsi Kalaşovun 7 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarır.

Bundan sonra onun biznesinə nəzarət uğrunda Tariel Oniani ilə “Ded Xasan” klanı mübarizə aparır. Belə məlum olur ki, bu çəkişmə “Şakro Molodoy”un Azərbaycanda nəzarət etdiyi bizneslə də bağlı olub. Belə ki, 2006-cı ildən İspaniya həbsxanasında saxlanılan “Şakro Molodoy” öz adamını gizlicə Bakıya göndərir.

Rusiya mətbuatı yazır ki, “Ded Xasan”ın Zaxari Kalaşovun adamını Bakıya göndərməkdə məqsədi Azərbaycan paytaxtında avtomobil biznesinə (söhbət çox güman ki, Rusiya istehsalı olunan avtomobillərin satışından gedir) nəzarət uğrunda “Tora”nın adamları ilə çəkişməni yoluna qoymaq idi.

Digər məlumata görə, 2008-ci ildə kriminal aləmin liderləri həmin məsələ ilə bağlı Bakıda “sxodka” keçiriblər. Bu məqsədlə Rusiyadan “Krasnodar Bilo” kimi tanınan, “Ded Xasan” klanında yer alan məşhur avtoritet Bakıya ezam edilib. Mətbuatın yazdığına görə, kriminal aləmdə “Ded Xasan” işə ancaq o halda qarışır ki, qanlı “razborka”ların qarşısını almaq lazım gəlir. Lakin belə görünür ki, o zaman Bakı toplantısında anlaşma əldə edilməyib.

Ona qarşı ən ciddi ittiham erməni kökənli ABŞ vətəndaşı Aleksandr Kraynanın oğurlanmasıdır. Onu 2000-ci il, iyunun 18-də Tiflisdəki “Şeraton” hotelinin dayanacağında “Şakro Molodoy”la birgə görüblər. Bir neçə gün sonra Kalaşov biznesmenin xanımına zəng edərək ərinin oğurlandığını deyib. O, Kipr banklarının birindəki bank hesabını verərək ora 1,2 milyon dollar köçürülməsini istəyib. Pul deyilən hesaba köçürülsə də biznesmenin hələ də öldü-qaldısı bilinmir.

2010-cu ildə bu cinayət işi ilə bağlı Gürcüstan hökuməti İspaniya Ədliyyə Nazirliyinə Z.Kalaşovun ekstradisiyası üçün sorğu verib. Ona bu cinayət işi ilə bağlı 18 il qiyabi hökm də çıxarılıb. Amma onun vəkilləri hər dəfə bu ekstradisiyanın qarşısını alıblar.

Qeyd edək ki, onun Tiflis ətrafında olan nəhəng villası müsadirə olunub və polisin binası kimi fəaliyyət göstərir.

“Şakro”nun cəza müddəti 2013-cü ilin martında, 60 yaşı ərəfəsində bitib. İspaniya məhkəməsinin qərarı ilə o, cəzasını başa vurduqdan dərhal sonra ölkəni tərk edib və yaxın 10 ildə İspaniyaya qayıtmaq yasağı var… (virtualaz.org)

Şakro Molodoy Mockvada həbs edildi

İnterpress.az