Məlumata görə, hadisə Polşanın paytaxtı Varşavada keçirilən NATO sammiti çərçivəsində baş tutub.
Çipras ABŞ prezidentinə ötən ilin noyabrında Nyu Yorkda baş tutan dialoqu zamanı Obamanın Yunanıstana tətil üçün gəlmək istədiyini xatırladıb.
Çipras bu mövzunu xatırlatdıqda Obama “Prezidentlik müddətim başa çatdıqdan sonra təqaüdçü kimi daha çox qalmaq üçün gələ bilərəm. Yetər ki, mənə istirahət edə biləcəyim sakit bir yer tap”, – cavabını verib.
Xatırladaq kİ, ABŞ-da prezident seçkiləri 8 noyabrda keçiriləcək. (moderator.az)
İnterpress.az