“Trabzonspor” 20 yaşlı hücumçunu rəsmən heyətinə qatıb.
Tərəflər arasında imzalanan müqaviləyə əsasən, Şeydayev qarşıdakı 4 ili “bordo-mavililər”in heyətində keçirəcək.
Şeydayevin “Trabzonspor”da nə qədər məvacib alacağı da bəlli olub. Qarşıdakı mövsümdə 430 min avro maaş alacaq Ramil 2017-2018 mövsümündə 350 min, 2018-2019 mövsümündə 400 min, 2019-2020 mövsümündə isə 450 min avro qazanacaq.
Şeydayev yeni klubunda tibbi müayinədən də keçib.
Qeyd edək ki, Ramil Şeydayev bu günlərdə AFFA-ya müraciət edərək, Azərbaycan millisində oynamaq istədiyini bildirib.
Interpress.az