50 mindən çox cənubi sudanlı Sudandakı münaqişə səbəbindən ölkələrinə qayıdıbbackend

50 mindən çox cənubi sudanlı Sudandakı münaqişə səbəbindən ölkələrinə qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Xilasetmə Komitəsi 50 mindən çox cənubi sudanlının Sudandakı münaqişə səbəbindən ölkələrinə qayıtdığını açıqlayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Beynəlxalq Xilasetmə Komitəsindən (IRC) öz ölkələrindəki münaqişə səbəbindən Sudana qaçan cənubi sudanlıların geri qayıtdığı bildirilib.

Maban, Cəmcəng və Şimali Bəhr əl-Qəzal kimi sərhəd bölgələrinə özləri ilə apara biləcəkləri bir neçə əşya ilə gələn Cənubi Sudanlılara sığınacaq və sağlamlıq xidmətlərinin göstərildiyi bildirilib.

Sudandakı qarşıdurmalara görə 50 mindən çox insanın Cənubi Sudana qayıtdığına dair məlumatların yer aldığı açıqlamada əlavə maliyyə yardımına ehtiyac olduğu vurğulanıb.