Tarixində ilk dəfə mundilda çıxış edən Azərbaycan millisi yarımfinala vəsiqə uğrunda matçda Portuqaliya ilə üz-üzə gələcək.
Kalidə baş tutacaq matçı kubalı referi Sergio Kabrera idarə edəcək. Qrup və 1/8 final oyunlarını Medelyində keçirən yığmamız Kalidə də uğur qazanmağa çalışacaq.
Üç aparıcı futzalçısı – Rövşən Hüseynli, Fineo və Vassouranın cəza üzündən buraxdığı görüşə qələbə üçün çıxacaq millimiz yerli vaxtla 18:00, Bakıda isə saat 03:00-da mübarizəyə başlayacaq.
Qeyd edək ki, qalib komanda yarımfinalda Argentina – Misir cütünün qalibi ilə qarşılaşacaq.
İnterpress