İstanbulda səsvermə başlayıbbackend

İstanbulda səsvermə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə vaxtı ilə saat 08.00-də başlayan referendumda baş konsulluğun xidmət dairəsində rəsmi yaşayış icazəsi olan və baş konsulluğun qeydiyyatına düşmüş və həmçinin, Türkiyədə uzunmüddətli ezamiyyətdə olan Azərbaycan vətəndaşları iştirak edirlər.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev APA-nın müxbirinə deyib ki, qeydiyyatda səsvermə hüququ olan 965 vətəndaş var: “Bu referendum ölkəmizin iqtisadi inkişafına paralel olaraq siyasi sistemimizi daha da təkmilləşdirmək zərurətindən irəli gəlib. İstanbuldan başqa, baş konsulluğun xidmət ərazisinə daxil olan bəzi böyük şəhərlərdəki vətəndaşlarımızla görüşlər keçirərək onları səsvermədə fəal iştiraka dəvət etmişəm. Vətəndaşlarımızın səsvermədə yaxından iştirakı üçün lazımi tədbirləri görmüşük”.

İstanbul baş konsulluğundakı səsvermə yerli vaxtla saat 19-da başa çatacaq. Səslərin sayılmasından sonra hazırlanacaq protokol müvafiq qurumlara göndəriləcək.

İnterpress.az