“Sədərək”dəki yanğınla bağlı…backend

“Sədərək”dəki yanğınla bağlı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, sentyabrın 24-də saat 09 radələrində Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində qısa qapanmadan yanğın baş verib.
Nəticədə oradakı 3 mağazanın 38,5. kvm. sahəsi və oradakı əşyalar, habelə ticarət mərkəzinin 357 kvm. dam örtüyü yanıb.
Yanğın zamanı orada mülki mühafizəçi işləyənlər – Bakı şəhər sakini Azər Sadıqov və Sumqayıt şəhər sakini Rafiq Məhərrəmov müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

İnterpress.az