“Günəşli” yatağında yanğınbackend

“Günəşli” yatağında yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-dan İnterpress.az-a verilən məlumata görə, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və yanğın baş verıb.

NQÇİ-nin şəxsi heyəti təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görür.

Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

İnterpress.az