FHN-in gəmiləri “Günəşli” yatağına cəlb olunubbackend

FHN-in gəmiləri “Günəşli” yatağına cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FHN- nin məlumatda bildirilir ki, sentyabrın 26-da Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri dərhal özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlanıb.

Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.

İnterpress.az