Gəncədə Nizami ikinci seçki dairəsinin ən yaşlı seçicisi səs veribbackend

Gəncədə Nizami ikinci seçki dairəsinin ən yaşlı seçicisi səs verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məntəqə sədri Elenora Əsgərova AZƏRTAC-a bildirib ki, 111 yaşlı Zəhrə Əhmədova bütün seçkilərdə məntəqəyə gələrək səsvermə hüququndan istifadə edir.

Zəhrə Əhmədova seçkidə iştirak etməyin vətəndaşlıq borcu olduğunu deyib. Bildirib ki, ötən illərdə prezident, parlament və bələdiyyə seçkilərinə qatılıb. O, referendumun Azərbaycan xalqı üçün uğurlu olmasını arzulayıb.

Xatırladaq ki, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 19 saylı seçki məntəqəsi üzrə 1492 seçici qeydiyyata alınıb. İlk dəfə səs vermə hüququ qazanan seçicilərin sayı 12 nəfərdir. Ən yaşlı seçici isə 111 yaşlı Zəhrə Əhmədovadır.

İnterpress.az