Badımcanlı “Çarıq”backend

Badımcanlı “Çarıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
2 ədəd badımcan

İçlik üçün:
1 ədəd pomidor
1 ədəd bolqar bibəri
150 qr toyuq əti
1 ədəd baş soğan
1 diş sarımsaq
1 dəstə şüyüd
Bitki yağı
Duz, istiot

Hazırlanması:
Badımcan çərtilir, duzlanıb yağda qızardılır.
Pomidorun qabığı soyulur.
Toyuq əti ətçəkən maşından keçirilir.
Üzərinə xırda doğranmış baş soğan, pomidor, bibər, şüyüd, sarımsaq əlavə edilir, duz, istiot səpilib yağda qovrulur.
Farş badımcanın içinə doldurulub 160 dərəcəyədək qızdırılmış sobada 10 dəqiqə bişirilir.

İnterpress.az