“Fantastika-Almanax” adlı kitabın təqdimat mərasimi oldubackend

“Fantastika-Almanax” adlı kitabın təqdimat mərasimi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

23 sentyabr 2016 –cı il tarixində “WHSmith Baku” da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə səkkizinci qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində “Mənim Hekayəm” adlı layihə baş tutmuşdur.

Layihə rəhbəri Cəmihə Əliyevanın qeyd etdiyinə görə, layihə çərçivəsində gənclərin bədii yaradıcılıqla yanaşı, xüsusən fantastik və elmi-fantastik yaradıcılıq sahəsində fəaliyyət göstərən yazarların iştirakı ilə onların müəllifi olduğu və gənc yazarların fəaliyyətini dəstəkləmək məqsədi ilə “Fantastika-Almanax” adlı kitab hazırlanmışdır. Rus dilində fantastika janrında əsərlərdən ibarət kitab oxuculara təqdim olunmuşdur.

Gənc oxucular və yazarlar üçün nəzərdə tutulan “Mənim Hekayəm” adlı layihənin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərə dəstək olmaq, ictimai fəallığının artırılmasına yardım göstərmək, gənc yazarların aşkarlanması və onların fəaliyyətinin dəstəklənməsindən ibarətdir.

"Fantastika-Almanax" adlı kitabın təqdimat mərasimi oldu

"Fantastika-Almanax" adlı kitabın təqdimat mərasimi oldu

"Fantastika-Almanax" adlı kitabın təqdimat mərasimi oldu

"Fantastika-Almanax" adlı kitabın təqdimat mərasimi oldu

İnterpress.az