Günəşli yatağındakı qəza məsuliyyətsizlikdən baş verib- EKSPERTbackend

Günəşli yatağındakı qəza məsuliyyətsizlikdən baş verib- EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda baş verən qəzanı şərh edərkən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.

“Və yenə də heç kim cəzalanmayacaq. Ona görə ki, zəncirvari qohumluq var. Əgər belə hadisələr sovet vaxtı olsaydı, indi Azneft İB nin Baş direktoru cənab, Daşqın İskəndərov işdən azad olunardı”, – deyə sədr əlavə edib.

Bundan başqa, M. Qəhrəmanlı neftçilərin maarifləndirilməsindən də danışıb.

O bildirib ki, neftçilər təhlükəsizlik qaydaları ilə bağlı iş yerində marifləndirilir. Ancaq:

“Əlavə olaraq, neftçilərin hüquqları ilə təşkilat vacib qaydaları ilə bağlı da sosial şəbəkədə məlumatlar yerləşdirir. Şirvan, Salyan, Neftçala – bu rayonlarda seminardan əlavə, ayda bir dəfə ictimaiyyətlə görüş keçirilib, hüquqi yardım edilir. Maarifləndirici bukletlər hazırlayıb paylanılır, həm də seminarlar keçirilir”.

Gülşanə Mustafayeva
İnterpress.az