TürkPA: “Referendum beynəlxalq standartlara uyğun keçirilib”backend

TürkPA: “Referendum beynəlxalq standartlara uyğun keçirilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TürkPA-nın baş katibi Jandos Asanov deyib ki, TürkPA Azərbaycanda dördüncü dəfədir, səsvermə prosesini izləyir.

Müşahidə Missiyasının üzvü Haluk İpək missiyanın hesabatını təqdim edib. H. İpək referendumun yüksək səviyyədə təşkil olunduğunu, səsvermənin nəticələrinin xalqın iradəsini əks etdirdiyini bildirib: “Referendumun nəticələrinə təsir edəcək hər hansı pozuntu müşahidə olunmayıb. Bəzi texniki çatışmazlıqlar qeydə alınıb, bu da referendumun nəticələrinə təsir etməyib. Referendum beynəlxalq standartlara uyğun keçirilib”.

Qeyd edək ki, Müşahidə missiyasının tərkibində Qazaxıstan, Türkmənistan, Türkiyə, Qırğızıstan millət vəkilləri daxildir. ( apa )

İnterpress.az