“Prezidentin apardığı uğurlu siyasəti gözü götürməyənlər var”backend

“Prezidentin apardığı uğurlu siyasəti gözü götürməyənlər var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, bunu daha çox din adı altında etməyə çalışırlar: “Azərbaycana qarşı din adı altında hazırlanan təxribatlara dindarları cəlb etmək istəyirlər. Biz bununla bağlı dindarlara xəbərdarlıq edərək ayıq-sayıq olmağa çağırmışıq. Yenə də dindarlarımızı ayıq olmağa səsləyirəm. Dindarlarımızı qarşıdan gələn Məhərrəmlik ayındakı tədbirlərdə edilə biləcək belə cəhdlərə uymamağa, buna yol verməməyə çağırıram. Bizim güclü dövlətimiz və onun uğurlu siyasət aparan lideri var. Biz dövlətimizi qorumalıyıq”.

İnterpress.az