Sabunçu Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayon ərazisində 1995-ci il təvəllüdlü Nurlan Quliyev dayısı oğlu 24 yaşlı Maarif Quliyevlə mübahisə zəminində onu bıçaqlayıb.
M.Quliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
N.Quliyev isə könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı istintaq aparılır.