MTN-nin tutduğu şeyxin adamı hakim qarşısında: Şahidlər məhkəməyə gəlmədibackend

MTN-nin tutduğu şeyxin adamı hakim qarşısında: Şahidlər məhkəməyə gəlmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-un əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verməli olsalar da, onlar məhkəməyə gəlməyiblər.

Məhkəmə şahidlərin prosesə məcburi gətirilməsi ilə bağlı qərar da çıxarıb. Lakin onlar yenə də məhkəməyə gəlməyiblər.

Növbəti məhkəmə prosesi oktyabrın 4-nə təyin edilib. Həmin məhkəmə prosesində sənədlərin tədqiqinə başlanacaq. İlahiyyatçının məhkəmə prosesi qapalı keçirilir.

Xatırladaq ki, bundan əvvəl məhkəməyə dəvət edilən şahidlərdən heç biri E.Mustafaoğlunun əleyhinə ifadə verməyib.

Qeyd edək ki, ilahiyyatçı ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyini, ittiham aktında onun günahkar olduğunu sübut edən heç bir konkret faktın olmadığını deyib. İlahiyyatçı günahkar olduğunu sübut edən konkret faktlar göstəriləcəyi halda, özünü təqsirli biləcəyini deyib.

Məlumat üçün bildirək ki, E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və Milli Qəhrəman Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.

Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

İnterpress.az