Boyundakı qırışlara qarşı alma şirəsibackend

Boyundakı qırışlara qarşı alma şirəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox xanım üz qulluğuna diqqət etsə də, boyun bölgəsinə krem və ya maska çəkməyi unudur.
Ona görə də boyun bölgəsi üzdən daha tez qocalır və qırışır.
Boynunuzdakı qırışlardan xilas olmaq arzusundasınızsa, alma şirəsindən faydalana bilərsiniz.
Alma A, C, E və B qrupu vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, fosfor kimi minerallar ehtiva edir.
Odur ki, almadan həm sağlamlığımızı, həm də gözəlliyimizi qorumaq üçün rahatlıqla istifadə edə bilərik.
Təzə almadan əldə edilən şirə ilə boyun bölgəsini silmək yaxşı effekt verə bilər.
Həmçinin bir çay qaşığı alma sirkəsini eyni miqdarda alma şirəsi ilə qarışdıraraq üzünüzə və boynunuza çəkə bilərsiniz.
Bu həm dərini nəmləndirir, həm də qırışları açır.

İnterpress.az