Ata qızının qisasını aldı – Məhkəmə zalındabackend

Ata qızının qisasını aldı – Məhkəmə zalında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə qərarı ilə razılaşmayan ata bir göz qırpımında cinayətkara üç dəfə bıçaqla zərbə endirib.
Xəsarət alan şəxs yerindəcə dünyasını dəyişib.
Ata hadisə yerində həbs olunub.
Hakimin “Bunu niyə etdin?” sualına ata belə cavab verir:
“Gözəl, ətirli gül yetişdirirsən və günlərin bir günü kimsə onu çirkli çəkmələrlə əzir. Mənim qızım zorlanmadan sonra 2 dəfə canına qıymaq istəyib. Təsadüf nəticəsində sağ qalıb. Qızım hal-hazırda psixiatriya xəstəxanasında müalicə olunur. Bu şərəfsizə isə siz 5 il, özü də şərti cəza verirsiniz. Bəs haqq-ədalət hardadır? Ürəyimcə olan bir hərəkət etdim. Qızımın qisasını aldım və peşman deyiləm. Mən internet vasitəsilə öz əllərimlə 5 ədəd bıçaq hazırladım. Hər gün məşq edirdim. Zəhmətim boşa çıxmadı”.
Məhkəmə qərarı ilə qisasını almış ataya 8 il şərti cəza kəsilib.
Belə yüngül cəzanın səbəbi nədir sualına hakim: “Mən də qız atasıyam və heç kim övladlarının həyatını əvvəlcədən sığortalamayıb” deyə fikir bildirib.

İnterpress.az