Tərkib:
2 ədəd yumurta
1 st. şəkər tozu
1 st. süd
1 st. duru yağ
1 paçka qabartma tozu
2 x.q. kakao
2 st. un
Keksi islatmaq üçün:
0,5 st. ilıq su
1 ç.q. nescafe
Krem üçün:
1 ədəd yumurta sarısı
1 st.şəkər tozu
2 x.q.un
2,5 st. süd
100 qr labne pendiri
Üzəri üçün:
kakao
Hazırlanması
Yumurta və şəkər 5 dəq. mikserlə çırpılır, digər ərzaqlar əlavə olunub təkrar çırpılıb formaya yayılır.
180 dərəcədəyədək qızdırılmış sobada 15-20 dəq. bişiirlir.
Krem üçün labne pendiri istisna olmaqla bütün ərzaqlar qarışdırılıb bişiirlir.
Soyudulub üzərinə labne pendiri əlavə edilib qarışdırılır.
Keks soyudulur, ilıq su ilə əridilmiş qəhvəli su ilə isladılır.
Üzərinə krem əlavə olunub kakao səpilir.
İnterpress.az