Tərkib:
2 st. un
3 x.q. kakao
1 ç.q. qabartma tozu
80 qr kərə yağı
¾ st. şəkər tozu
2 ədəd yumurta
50 qr badam ləpəsi
100 qr şokolad
Üzəri üçün:
1 ədəd yumurta ağı
2 x.q. şəkər tozu
Hazırlanması:
Badam və şokolad iri parçalara bölünür.
Un, kakao və qabartma tozu dərin qaba ələnir.
Otaq temperaturunda yumşaldılmış kərə yağı, üzərinə şəkər tozu səpilərək mikserlə çırpılır.
Üzərinə ayrı bir qabda çırpılmış yumurta əlavə edilir.
Bütün ərzaqlar qarışdırılıb incə şəkildə yoğrulur.
Xəmir formaya yayılır, üzərinə yumurta ağı ilə çırpılmış şəkər tozu çəkilib, 180 dərəcəyədək qızdırılmış sobada 20-25 dəq. bişirilir.
İnterpress.az