Təfəkkür universiteti 42 tələbəni qovdubackend

Təfəkkür universiteti 42 tələbəni qovdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Universitet rəhbərliyi 42 tələbəni kəsir pullarını ödəyə bilmədikləri üçün universitetdən xaric edib.

\”Təfəkkür\” universitetinin rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də rektor Müşfiq Atakişiyev bizim zənglərimizə cavab vermədi. Məsələyə aydınlıq gətirmək üçün universitetə yollanan əməkdaşımız isə rektorun maşını orada olmasına baxmayaraq “rektor burada yoxdur” cavabı alaraq geri qayıdıb.

Qeyd edək ki, qanunda tələbənin nə təhsil haqqını, nə də kəsir pulunu ödəyə bilmədiyi üçün universitetdən xaric olunması nəzərdə tutulmur. Mövzu ilə bağlı Avropa.info Təhsil Nazirliyinin münasibətini öyrənmək istəyib. Nazirliyin elektron poçtuna sentyabrın 22-dən ünvanlandığımız sorğu bu günədək cavabsız qalıb. (avropa.info)

İnterpress.az