“Direktor qanunvericiliyin tələblərini ciddi şəkildə pozur” – ŞƏRHbackend

“Direktor qanunvericiliyin tələblərini ciddi şəkildə pozur” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Sumqayıt şəhərindəki 9 saylı orta məktəbilinin qaçırıldıqdan sonra direktorun \”Qaçırılan qız məktəbə gəlmək istəsə də, icazə verilməyəcək\” iddiasını şərh edən təhsil üzrə ekspert Kamran Əsədov danışıb.

Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə nigah və təhsil hər bir vətəndaşın qanuni əsaslarla hüququdur. Amma qanunvericiliyin tələblərinə uyğun olaraq, nigah yaşı demək olar ki, orta məktəblinin yaşından yuxarıdır deməli bu ikisi orta məktəb illərində mümkün deyil:

“Əgər bu hal baş veribsə, yəni şagirdin iradəsindən asılı olmayaraq, onun mentalitet qaydalarına görə qaçırılması, zorla ailə həyatı qurması baş veribsə, bu heçdə o demək deyil ki, onun təhsil hüququ məhdudlaşdırılır. Buna yol verən məktəb rəhbərliyi qanunvericiliyin tələblərini ciddi şəkildə pozur. Əgər həmən o şagird yenidən orta məktəbdə təhsilini davam etdirmək üçün müraciət edirsə, bu qısa müddətdə təmin edilməldir”,- deyə ekspert fikrini yekunlaşdırıb.

Gülşanə Mustafayeva
İnterpress.az