Ermənistanda kürdcə dərsliklər çap olunubbackend

Ermənistanda kürdcə dərsliklər çap olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “İmctv.com”-a istinadən xəbər verir ki, Ermənistanda yaşayan kürd şagirdlər kürdcə dərsliklər vasitəsi ilə öz ana dillərində təhsil ala və öz mədəniyyətlərini öyrənə biləcəklər.
Kürdcə dərslikləri Ermənistan Yazıçılar Birliyinin Kürd Yazıçıları Qrumunun sədri şair Alixene Mame hazırlayıb.
“Kürd xalqı üçün bu tarixi bir hadisədir”.
“Armenpress”-ə açıqlama verən Mame bu dərsliklərin tarixi əhəmiyyətini vurğulayıb: “Kürd xalqının tarixində bu qədər geniş əhatəli dərs kitabları heç vaxt olmamışdı”
Həmçinin Mame Ermənistanda kürdcə dərs deyə biləcək kadrların azlığına diqqət çəkib.
Ümumilikdə 13 dərs kitabı dərc edilib.Bu kitablarda xronoloji ardıcıllıq nəzərə alınaraq kürdcə bədii əsərlərə də yer ayrılıb.

İnterpress.az