İngiltərə cütlüyünün 35 illik toy tortu satışa çıxarılıbbackend

İngiltərə cütlüyünün 35 illik toy tortu satışa çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Sabah.com”-a istinadən xəbər verir ki, İngiltərənin kral ailəsinin dünya şöhrətli cütlüyü Diana və Çarlzın toylarından qalan bir dilim tort açıq artırma ilə satılacaq.
İngiltərənin cənub-qərbində Bristol şəhərində həyata keçiriləcək satış mərasiminin təşkilatçısı Paul Fraser bildirib ki, Diana və Çarlzın 1981-ci ildəki toylarından qalan bir dilim tortun 500 min sterlinqə alıcı tapacağı gözlənilir.
Krem pendirli şirniyyatın üzəri meyvə ilə örtülüb, tərkibində isə yüksək səviyyədə konyak mövcuddur.
Tortun konyaklı olmasına görə onun hələ də yeyilməli olduğu barədə iddialar var.
Həmin mərasimdə həmçinin, şahzadə Diana və Şahzadə Çarlz cütlüyünün 1988-ci ildə “Milad bayramı” münasibətilə imzaladığı açıqcanın da 500 min sterlinqə satılması nəzərdə tutulub.

İnterpress.az