Nazirlərin maaşı 20 faiz azaldıldıbackend

Nazirlərin maaşı 20 faiz azaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə rəhbərliyi dövlət məmurlarının maaşlarını azaltmaqla ucuzlaşmaqda davam edən neft qiymətinin büdcə yükünü zəiflətməyə çalışır. Kral tərəfindən bəzi dövlət işçilərinin maaşlarında tənzimləmələr aparılıb. Nazir və nazir səviyyəsindəki dövlət rəsmiləri, Şura Məclisi üzvləri, birinci dərəcəli dövlət məmuru olanlar və digər yüksək vəzifəli dövlət işçilərinin maaş və mükafatları azaldılıb. Belə ki, nazirlərin maaşları 20 faiz, Şura Məclisi üzvlərinə ödənilən mükafatın məbləği və illik əlavə ödəmələr 15 faiz azaldılıb.

Qeyd edək ki, neftin qiymətindəki ucuzlaşma ilə əlaqədar Səudiyyə Ərəbistanında ötən ilin dekabrında benzin 80 faizə qədər bahalaşmışdı. ( azertac )

İnterpress.az