Peres ölümündən əvvəl orqanlarını bağışlayıbbackend

Peres ölümündən əvvəl orqanlarını bağışlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, keçmiş İsrailin Prezidenti Şimon Peres əzab çəkmədən dünyasını dəyişib.

\”Şimon Peres, hər hansı bir əzab çəkmədən bizdən ayrıldı. Klinikamızın təcrübəli həkimləri onun ölüm qabağı əziyyət çəkməməsi üçün əllərindən gələni etdilər.
Peres dünyasını əziyyət çəkmədən, ləyaqətlə dəyişdi\” – bunu onun həkimi və oğlu Rafi Valdman deyib.
Qeyd olunur ki, İsrailin sabiq prezidenti Şimon Peres ölümündən əvvəl könüllü olaraq bütün orqanlarını bağışlayıb.
Məlumata görə, ailəsi ölümündən sonra onun gözlərinin buynuz qişasının transplantasiyasına icazə verib.

İnterpress.az