Orxan İlhamənin tutdurduğu qadını bağışladıbackend

Orxan İlhamənin tutdurduğu qadını bağışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə şahid qismində İlhamə Quliyevanın oğlu Orxan Nadirov ifadə verib.

O, ifadəsində təqsirləndirilən Mehriban Hüseynovanı günahkar bilmədiyini, ona qarşı fikirlərinin dəyişdiyini deyib: “Mən istintaqa verdiyim ifadəmi təsdiqləyirəm. Ancaq orada dediklərimin bəzilərini qərəzli, bəzilərini də yanlış şəkildə demişəm. Çünki proseslərin necə olduğunu, həqiqəti bilmirdim. Vüqarın həbsindən sonra həqiqətləri səs yazılarından öyrəndim. Son araşdırdıqlarımdan, izlədiklərimdən belə nəticəyə gəldim ki, Mehriban günahsızdır”.

Məsələ ilə bağlı AzNews.az-a danışan O. Nadirov M. Hüseynova ilə heç bir düşmənçiliyinin olmadığını deyib: “Allah qapısını açsın. Mehribanın həbsdə qalması ilə bağlı həyatda nəsə dəyişəcəksə, yəni gedənlərim qayıdacaqsa, qoy onda elə onun qapısı bağlı qalsın. Amma reallıq var. Gedən qayıtmayacaq”.

İnterpress.az